» » Ağır yol qəzası: 1 ölü, 5 yaralı

Ağır yol qəzası: 1 ölü, 5 yaralı

Bölmə: Kriminal
Ağır yol qəzası: 1 ölü, 5 yaralı

Bakı-Qazax avtomobil magistralında ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Göygöl rayonu ərazisində baş verən qəzada 5 nəfər yaralanıb.

Belə ki, 59 yaşlı Gəncə şəhər sakini İlyas Qurbanovun idarə etdiyi "VAZ 2109" markalı avtomobil "Hyundai" markalı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ-ın sürücüsü və sərnişinləri İlyas Qurbanov, Seymur Qurbanov, Rahilə Qurbanova, Pərvanə İsmayılova, Qəyxanım Mehdiyeva və Aysu Qurbanova yaralanıblar.

Xəsərat alanlar dərhal Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

"VAZ 2109"un sürücüsü İlyas Qurbanovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler