» » “Ömür məndən inciməsin” kitabı təqdim edilib

“Ömür məndən inciməsin” kitabı təqdim edilib

Bölmə: KİTAB ALƏMİ
“Ömür məndən inciməsin” kitabı təqdim edilib
Sabir Zamanlı Azərbaycanın ədəbi mühitində imzası yetərincə tanınan, oxunan və uzun illərdir yaradıcılıqla məşğul olan yazarlardandır.

Xalqinfo.az xəbər verir ki, şeirlərinin mövzu dairəsi çox genişdir. Sabir yaşadığı illər ərzində qarşılaşdığı hadisələrin çoxunu, onu təsirləndirən, ürəyinin sarı siminə toxunan olayları poeziya süzgəcindən keçirərək oxucularına ərməğan edir.

Martın 10-da Azərbaycan Yazıçılar Birliyində istedadlı şair Sabir Zamanlının “Ömür məndən inciməsin” adlı şeirlər kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan şair-tənqidçi Balayar Sadiq şairin məhsuldar yaradıcılıq yolundan, əzmkarlığından, işləməkdən sonsuz zövq aldığından, şeirlərinin ümumi ruhundan, oxucularda yaratdığı xoş ovqatdan ətraflı danışmış, onun oxucularla ikinci görüşünə səbəb olan “Ömür məndən inciməsin” adlı kitabda yer almış şeirlərdən nümunələri iştirakşıların nəzərinə çatdırıb.

Təqdimat mərasimində şairin qələm dostları, ictimaiyyət nümayəndələri iştirak edərək onun ünvanına xoş sözlər söyləmiş, arzularını çatdırıblar. Çıxışçılar şairin kitabındakı şeirləri hərtərəfli və geniş çərçivədə xarakterizə etmiş, onun nə qədər zəhmətkeş, həm də tənqidə açıq olduğunu bildirmişlər. Zəlimxan Məmmədli, Eldar Səfa Şahvələdlı, Əlizadə Nuri, Fərqanə Mehdiyeva, Nurəddin Ədiloğlu, Qəşəm Nəcəfzadə, Hüseyn Sözlü, Mehman Göytəpəli, Hikmət Məlikzadə şairin söz dünyasında yeni bir ovqat yaratdığı, həyata poetik münasibəti barədə maraqlı fikirlər səsləndirib, ümumilikdə Borçalı ədəbi mühiti ilə bağlı diqqətçəkən sözlər deyiblər.

Tədbirin sonunda S.Zamanlı yaradıcılığına verdikləri yüksək qiymətə görə iştirakşılara minnətdarlığını bildirmiş, bu görüşün onun üşün çox əhəmiyyətli olduğunu vurğulanıb.

“Ömür məndən inciməsin” kitabı təqdim edilib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler