Minskdə Leyla Əliyevanın Belarus dilində şeirlər kitabının təqdimatı keçirilibBölmə: Mədəniyyət, MANŞET
![]() Xalqinfo.az Milli.Az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata əsasən bildirir ki, səfirlikdən verilən məlumata görə, bu kitabın çapına qədər Leyla Əliyevanın Belarus dilinə tərcümə olunmuş şeirləri ölkənin müxtəlif ədəbi qəzet və jurnallarında ("7 дней", "Літаратура і Мастацтва" ("Литература и искусство"), "Культура", "Полымя") dərc edilib. Leyla Əliyevanın şeirlərini rus dilindən Belarus dilinə belaruslu gənc şairə, tərcüməçi, Belarus Yazıçılar İttifaqının üzvü Tatyana Siveç tərcümə edib. Onun tərcümələrindən sonra Leyla Əliyevanın şeirləri Belarus ictimaiyyətində tanınıb və hazırda sevilə-sevilə oxunur. Məhz Belarus xalqının getdikcə artan həvəsi və istəyi Leyla Əliyevanın şeirlərinin kitab şəklində işıq üzü görməsi ideyasını doğurub. "Лист" ("Yarpaq") kitabının səfirliyin təşkilatçılığı ilə keçirilmiş təqdimat mərasimində Belarusun ədəbi ictimaiyyətinin nümayəndələri, mədəniyyət xadimləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun, kütləvi informasiya vasitələrinin təmsilçiləri, Azərbaycan diasporunun fəal üzvləri və Minskdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Təqdimat mərasimində səfir İsfəndiyar Vahabzadə çıxış edərək Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında bütün sahələrdə olduğu kimi, humanitar sahədə də münasibətlərin inkişaf etdiyini bildirib. O, Leyla Əliyevanın Belarus dilində şeirlər kitabının çap olunmasını bu istiqamətdə uğurlu addım kimi dəyərləndirib. Kitabın tərcüməçisi, gənc şairə Tatyana Siveç çıxışında Leyla Əliyevanın şeirlərini yüksək qiymətləndirib. O, bu şeirlərin tərcüməsi zamanı göstərilən köməyə görə Azərbaycanın Belarusdakı səfirliyinin kollektivinə təşəkkürünü bildirib. Mərasimin sonunda azərbaycanlı tələbələr Leyla Əliyevanın Belarus dilində şeirlərini söyləyiblər. Kainat Şirin Xalqinfo.az |
XƏBƏR LENTİ
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
17.04.25 14:12 | Temperatur 19 dərəcəyə yüksələcək
17.04.25 14:10 | Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi
17.04.25 12:54 | Qızılın qiyməti rekordu yenilədi
17.04.25 12:45 | Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir
17.04.25 12:24 | Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...
|