» » Azərbaycan poeziya antologiyası özbək dilində

Azərbaycan poeziya antologiyası özbək dilində

Bölmə: KİTAB ALƏMİ
Azərbaycan poeziya antologiyası özbək dilində
Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Müasir Azərbaycan poeziyası antologiyası” kitabı özbək dilində çap edilib.

Xalqinfo.az Axar.az-a istindən xəbər verir ki, kitabı orjinaldan özbək dilinə tanınmış şair və tərcüməçi Usman Kuçkar, tərcüməçilər Şəhla Qasımova və Samodil Norkabilova çevirib.

Layihənin rəhbəri AMM-nin direktoru Samir Abbasov, tərtibçisi Azərbaycan Dövlət İnformasiya Agentliyinin Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlidir.

Kitab Şəhriyarın “Heydərbabaya salam” poeması ilə açılır. Sonra Rəsul Rza, Bəxtiyar Vahabzadə, Qabil, Zəlimxan Yaqub, Nəriman Həsənzadə, Qənirə Paşayeva, Sona Vəliyeva və gənc şairlərin şerləri verilib. Ümumiyətlə, topluda 73 Azərbaycan şairinin şeri çap olunub.

Xatırladırıq ki, son vaxtlar AMM-in layihəsi ilə Daşkənddə özbək dilində çoxlu kitab çap edilib.

Leyla Həsənova


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler