Türk Anası

Bölmə: KİTAB ALƏMİ
Türk Anası
(YUNESKO-nun xoşməramlı səfiri,Heydər Əliyev fondunun prezidenti,millət vəkili Mehriban xanım Əliyevaya həsr olunub)

Türk Anası


Sən Peyğəmbər ocağının
Hikmətindən nur almısan.
Bu hikmətin qüdrətilə
Zirvələrə ucalmısan.

Şəfəq saçan bir günəşsən,
Ürəklərə axar nurun.
Dünyamıza çox gərəksən,
Əyilməzdir dağ vüqarın.

Ümidsizə ümid yeri,
Çarəsizə məlhəm oldun.
İnsanlıqdı şah əsərin,
Mükafatı eldən aldın.

Kürsülərdə ötkəm sözün,
Sara Xatun qüdrətlisən.
YUNESKO-dan gəlir səsin,
Çox kişidən,qeyrətlisən.

Xalq yoludur seçdiyin yol,
Həqiqət yolun,yarağın.
Türk anası,daim ucal!
Xalq özü sənin dayağın.

Neçə körpə baxışında,
Arzu,dilək çiçəklənib.
El-obanın alqışında,
Ürəklər bir dağa dönüb.

Nə qədər ki,var bu cahan,
Günəş kimi yanacaqsan.
Yaşadıqca Azərbaycan,
Ürəklərdə qalacaqsan...
AYB-nin üzvü,şair-publisist Dilsuz Musayev

Şərh Yaz
ŞƏRH(1)

Zakir 13 iyul 2014 23:00
Dilsuz müəllim var olun .Əla şerdi.Bizi serlerinizlə zovq verirsiniz.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler