» » Ünvanlı Sosial yardımın təyin olunması haqqında qaydalar

Ünvanlı Sosial yardımın təyin olunması haqqında qaydalar dəyişdi (video)

Bölmə: İqtisadiyyat
Ünvanlı Sosial yardımın təyin olunması haqqında qaydalar
Respublikada ünvanlı sosial yardımın təyin olunması ilə bağlı qaydalar dəyişir.

Xalqinfo.az anspress.com-ə istinadən xəbər verir ki, bundan sonra vətəndaşların ünvanlı sosial yardım almaq üçün müraciətləri, onlara baxılması və təyini prosesi tam avtomatlaşdırılacaq. Yəni əhalinin ayrı-ayrı dövlət qurumlarından hər hansı sənəd toplamasına ehtiyac qalmayacaq. Onlar yalnız elektron bəyənnaməni doldurmaqla müraciət edəcəklər.

Bu barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, dəyişiklik bununla bitmir. Yardımın verilmə müddəti də 1-ildən 2-ilə qaldırılır. Artıq Nazirlər Kabineti tərəfindən bununla bağlı qanuna dəyişiklik edilib və prezidentə təqdim olunma mərhələsindədir.

Nazir həmçinin onuda qeyd etdi ki, qanunvericilikdəki şərtə uyğun olaraq ailənin həmin vaxtı gəlirləri artarsa və hər hanısa bir mülk ortaya çıxarsa onda ailə müvafiq orqanlara sosial yardımın dayandırılması ilə bağlı xəbər verməlidir.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler