Nazirdən əlillərlə bağlı hökumətə MÜRACİƏTBölmə: Sosial
![]() O qeyd edib ki, yeni qanunda əlillərə sosial yanaşma mövcuddur: “Yeni qanunda əlillər üçün infrastrukturun əl çatan olması mühüm məsələlərdən biridir”. Nazirin sözlərinə görə, sağlamlıq imkanları məhdud olan insanlara bərabər imkanların yaradılması istiqamətində müvafiq orqanlarla birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. “Bununla bağlı tikinti, nəqliyyatla bağlı qurumlara məktub ünvanlaşmışıq. Həmin məktubda yeni tikiləcək binalarda və digər infrasturuktur layihələrində əlillərin nəzərə alınması xahiş olunur". S. Müslümovun sözlərinə görə, ƏƏSMN “ASAN Xidmət”lə birgə görmə qabiliyyətində problem olan insanlar üçün xüsusi məsaməcikli materiallar istehsal olunaraq, yollarda, keçidlərdə, dəmir yol vağzallarında istifadə olunması məsələlərini həll etmək istəyir. “Azərbaycanda həmin materialı istehsal edən xüsusi sex yaradılacaq. Bununla bağlı hökumətə müraciət edilib”. |
|