» » Dollar sabit qaldı, avro isə bahalaşdı

Dollar sabit qaldı, avro isə bahalaşdı

Bölmə: İqtisadiyyat
Dollar sabit qaldı, avro isə bahalaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 16-a olan məzənnəsini açıqlayıb.

Xalqinfo.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 15-i ilə müqayisədə dəyişməyərək 1,7025 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8609 manatdan 1,8715 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0300 manatdan 0,0302 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4772 manatdan 0,4801 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,1979 manatdan 2,1982 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6972 manatdan 0,6999 manatadək artıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler