» » Dollar sabit qaldı, avro isə ucuzlaşdı

Dollar sabit qaldı, avro isə ucuzlaşdı

Bölmə: İqtisadiyyat
Dollar sabit qaldı, avro isə ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 11-ə olan məzənnəsini açıqlayıb.

Xalqinfo.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 10-u ilə müqayisədə dəyişməyərək 1,7026 manat olub.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8544 manatdan 1,8508 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0293 manatdan 0,0296 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4697 manatdan 0,4746 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,2050 manatdan 2,2027 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6971 manatdan 0,6972 manatadək bahalaşıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler