» » Meyvə-tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş

Meyvə-tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş

Bölmə: İqtisadiyyat
Meyvə-tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş
Mayın 5-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə meyvə-tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Xalqinfo.az xəbər verir ki, görüşdə sahibkarlarla yanaşı, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları da iştirak edib. Məqsəd sahibkarları Rusiya Federasiyasına ixrac edilən kənd təsərrüfatı məhsulları ilə bağlı bu ölkənin tətbiq etdiyi yeniliklərlə tanış etmək olub.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Sonra xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı ilə məşğul olan biznes subyektlərinin fəaliyyətinə göstərilən dəstək, onların qarşılaşdıqları problemlərin operativ şəkildə həllini tapması üçün görülən işlərdən danışılıb və bir müddət əvvəl Rusiya Federasiyasına pomidor məhsulunun ixracı ilə bağlı göstərilən dəstək tədbirləri diqqətə çatdırılıb.

Daha sonra Komitə rəsmisi Rusiya Federasiyasına ixrac edilən kənd təsərrüfatı məhsulları, xüsusilə pomidorla bağlı bu ölkə tərəfindən tətbiq olunan normalar və yeniliklər barədə sahibkarları ətraflı məlumatlandırıb. Bildirilib ki, qonşu ölkəyə kənd təsərrüfatı məhsullarının ixracı zamanı qaydalara əməl edilməsi ümumi işə fayda gətirəcək. O da vurğulanıb ki, bu istiqamətdə Dövlət Gömrük Komitəsi və onun əlaqədar qurumları daim sahibkarları dinləməyə, onların fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması üçün lazım olan dəstəyi göstərməyə hazırdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler