Tərəvəz ixracı 37 milyon dollar artıbBölmə: Sosial
![]() 2015-ci illə müqayisədə meyvə ixracı 24 milyon ABŞ dolları həcmində artaraq 2016-cı ildə 244 milyon dollara, tərəvəz ixracı isə 37 milyon dollar artaraq 129 milyon dollara çatıb. Azərbaycanda istehsal edilən məhsullar Rusiya və digər keçmiş ittifaq respublikalarının bazarları ilə yanaşı, Avropa, ərəb və uzaq Asiya ölkələrinə də ixrac olunur. "Xalqinfo" AzərTAC-a istinadən xəbər verir ki, bu barədə yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev məlumat verib. B.Quliyev bildirib ki, müxtəlif dövlət dəstək mexanizmlərinin, o cümlədən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə istehsalçılara 256 milyon manat güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, xarici ölkələrdə ticarət evlərinin yaradılması və digər ixracın təşviqi tədbirləri nəticəsində bu sahə bundan sonra da sürətlə inkişaf edəcək, ixrac imkanları daha da artacaq. Assosiasiyaya rəhbərlik etməklə yanaşı, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan B.Quliyev deyib ki, Zirə qəsəbəsində 5 hektar əraziyə 6,5 milyon manat investisiya qoyaraq müasir istixana kompleksi qurub. İstehsal olunan məhsullar “AzTomato” brendi altında ixrac olunur. “İsmayıllı rayonunda pilot layihə olaraq müasir suvarma sistemlərinin tətbiqini, çeşidləmə, qablaşdırma və logistika mərkəzini özündə birləşdirən, ümumi dəyəri 5 milyon manat olan intensiv kartofçuluq təsərrüfatı yaratmışıq. Bu layihənin icrası məqsədi ilə dövlətin 2 milyon manat güzəştli kreditindən istifadə etmişik. Əsas hədəfimiz qısa zaman ərzində torpaq sahələrini genişləndirərək bu layihənin bazasında aqroparkın yaradılmasını təmin etməkdir. Aqroparkda istehsal olunacaq məhsullar daxili bazarı təmin etməklə yanaşı, əsasən ixrac olunacaq”, - deyə sahibkar bildirib. BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru |
XƏBƏR LENTİ
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
17.04.25 14:12 | Temperatur 19 dərəcəyə yüksələcək
17.04.25 14:10 | Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi
17.04.25 12:54 | Qızılın qiyməti rekordu yenilədi
17.04.25 12:45 | Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir
17.04.25 12:24 | Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...
|