» » Sürücülərin nəzərinə

Sürücülərin nəzərinə

Bölmə: İqtisadiyyat
Sürücülərin nəzərinə

Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissəsində sabah səhər saatlarından başlayaraq yolun hərəkət hissəsindən çıxarılmış dəmir yolu relslərinin yerinin asfaltlanması işləri aparılacaq. İşlərin bir-neçə saat ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır.

"Xalqinfo" xəbər verir ki, bu barədə "Azəravtoyol"un mətbuat katibi Anar Nəcəfli sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, asfaltlanma işləri hissə-hissə aparılacaq və avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq:

"Prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək. Ancaq buna baxmayaraq sürücülərdən xahiş olunur ki, həmin hissədə sıxlığın yaranmaması üçün hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər".
(qafqazinfo)

Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler