» » Azərbaycana 1.5 milyon tut tingi gətirildi – Çindən + Fotolar

Azərbaycana 1.5 milyon tut tingi gətirildi – Çindən + Fotolar

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Azərbaycana 1.5 milyon tut tingi gətirildi – Çindən + Fotolar

Baramaçılığın inkişaf etdirilməsi üçün rayonlarda yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədilə Çin Xalq Respublikasından 1,5 milyon ədəd tingi ölkəmizə gətirilib.

Xalqİnfo.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, tinglər "Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkətindən alınıb. Müqavilənin şərtlərinə uyğun olaraq, dekabrın 2-də şirkət tərəfindən tədarük edilmiş 1,5 milyon ədəd tut tingi hava nəqliyyatı ilə Bakıya gətirilib.

Tut tinglərindən ibarət yüklər Heydər Əliyev Beynəlxalq Aeroportundan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış bölgü əsasında, ayrılmış nəqliyyat vasitələri ilə operativ surətdə Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınıb. Sonra bölgüyə uyğun olaraq bu rayonlardan ətraf 37 rayona paylanılacaq.

Qeyd edək ki, gətirilən çəkil tingləri beynəlxalq standartlara cavab verən, 2 illik calaq olunmuş, həm daşınmasını asanlaşdırmaq, həm də sükunət dövrünü başa vurmaq məqsədilə kök boğazından 50 santımetr olmaqla kəsilib hazırlanıb və fermer və sahibkarlara, eyni zamanda, nazirliyin tabeçiliyində olan tingçilik təsərrüfatlarına ödənişsiz əsaslarla veriləcək.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Azərbaycana 1.5 milyon tut tingi gətirildi – Çindən + Fotolar
Azərbaycana 1.5 milyon tut tingi gətirildi – Çindən + Fotolar
Azərbaycana 1.5 milyon tut tingi gətirildi – Çindən + Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler