» » Ermənilərin Türkiyədən

Ermənilərin Türkiyədən 500 milyon dollarlıq iddiası

Bölmə: İqtisadiyyat, Dünya
Bütün dünyada 1915-ci il hadisələrinin 100-cü ildönümünü qeyd edən erməni diasporu Türkiyəyə qarşı apardığı kampaniya çərcivəsində növbəti iddia ilə çıxış edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, erməni diasporu Türkiyədə büdcəsi 500 milyon dollar olan iki pensiya fondunu hədəf alıb.

Türkiyənin “soyqırım”ı tanımadığını ifadə edən diaspora nümayəndələri ABŞ-da fəaliyyət göstərən Kaliforniya Cəmiyyət İşçilərinin Pensiya Fondu (CalPERS) və Kaliforniya Təqaüdçü Müəllimlər Fonduna (CalSTRS) qarşı iddia qaldırıb. Məhkəməyə müraciət edən diaspora bu fondlardan Türkiyədəki sərmayələrini geri çəkməyi tələb edib. Sözügedən fondların Türkiyədə təxminən yarım milyard dolları var.

Bu fondlardan CalPERS-ın Türkiyədə təxminən 185 milyon, CalSTRS-in isə 300 milyon dolları olduğu bildirilir. CalSTRS-in İş Bankı, “Garanti”, “Tofaş”, “Turkcell”, “Koç Holdinq” və “Akbank” kimi banklar və şirkətlərin birjadakı hissələrində payı var.

1935-ci ildə qurulan Kalifornia Cəmiyyət İşçilərinin Pensiya Fondunda 1.6 milyondan çox adamın pulu var. Fondun idarə etdiyi pulun məbləği isə 300 milyard dollardan çoxdur. 1913-cü ildə qurulan Kaliforniya Təqaüdçü Müəllimlər Fondunun isə 868 min üzvü var. Fondun idarə etdiyi pulun məbləği isə 189,7 milyard dollardır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler