Azərbaycanlı iş adamı Türkiyənin ən zənginləri siyahısında - FotoBölmə: Xəbər
Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin ən zəngin insanları arasına daxil olub.Bizimyol.info "Forbes"in "100 ən zəngin türk" siyahısına daxil olan şəxslərin adlarını açıqlayıb. 2014- cü ilin hesablamasına görə, siyahının sonuncu pilləsində iş adamı Murad Varğı yer alıb. Onun sərvəti 1 milyard dollardır. Murad Vargı "MV" holdinqin qurucusu və "KVK" idarə heyətinin sədridir. 24- cü sırada Dəniz Şahenk yer alıb. Şahengin 1 milyard 50 milyon dollar sərvəti var. Dəniz Şahenk vəfat edən "Doğuş Holdinq"in qurucusu Ayxan Şahenkin xanımıdır. Siyahının növbəti pilləsində Əhməd Çalık qərar tutub. Çalık 1 milyard 100 milyon dollar sərvətin sahibirir. Əhməd Çalık "Çalık Holdinq" idarə heyətinin sədridir. İş adamı Aydın Doğanın 1 milyard 100 milyon dollar sərvəti var və o "Doğan Holding"in fəxri sədridir. Suat Günselin 1 milyard 200 milyon dollar sərvəti var. Günsel Yaxın Şərq Universitetinin qurucu və rektorudur. Azərbaycanlı iş adamı Mübariz Mənsimov siyahının 18- ci pilləsində yer alıb. 2014- cü ilin hesabatına görə, Mübariz Qurbanoğlunun 1.3 milyard dolları var. Azərbaycanlı iş adamı "Palmali Holdinq" idarə heyətinin sədridir. Mustafa Lətif Topbaş 1 milyard 300 milyon dolların sahibidir. Mustafa Lətif "BİM" İdarə Heyətinin sədridir. Məşhur iş adamı Əli Ağaoğlunun 1 milyard 550 milyon dolları var. Ağaoğlu, "Ağaoğlu" Şirkətlər Qrupu idarə heyətinin sədridir. Sinan Tara 1 milyard 600 milyon dolların sahibidir. Murad Ülkər və Şarık Tara Türkiyənin ən varlılarıdır. Onların 3 milyard 300 milyon dollar sərvəti var. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|