» » İdmançımız Moskvada dünya çempionu oldu -

İdmançımız Moskvada dünya çempionu oldu - Video

Bölmə: Idman
İdmançımız Moskvada dünya çempionu oldu - Rusiyanın paytaxtı Moskva şəhərində ustalar arasında Powerlifting üzrə növbəti dünya çempionatı keçirilib. Xalqinfo.az xəbər verir ki, oktyabrın 4-8 aralığında təşkil olunan yarışda Azərbaycan da təmsil olunub.

Ölkəmizi ustaların yarışında təmsil edən Ələddin Əliyev (110 kq) ən yüksək nəticəyə imza ataraq, dünya çempionu olub. Təcrübəli idmançı ümumi nəticədə 240 kq-nın öhdəsindən gələrək, bütün rəqiblərini üstələyib və Azərbaycan üçün dünya çempionatının qızıl medalını təmin edib.

İkinci dəfə dünyanın ən güclüsü olan fikirlərini də bölüşüb: “İdmana müəyyən fasilə vermişdim. Daha sonra yenidən məşqlərimi bərpa etdim. 2 ildir ki, davam edən məşqlərin yekununda 2-ci dəfə dünya çempionu oldum. Bu gün həqiqətən də çox sevincliyəm”.

Qeyd edək ki, Ələddin Əliyev 1998-ci ildə də dünya çempionu olub.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler