» » "Neft gəlirinə görə “qara qızıl” hesab olunursa, pambıq da “ağ qızıl” sayılır" -

"Neft gəlirinə görə “qara qızıl” hesab olunursa, pambıq da “ağ qızıl” sayılır" - Pambıqçı qadın

Bölmə: Sosial, İqtisadiyyat, GÜNDƏM
"Neft gəlirinə görə “qara qızıl” hesab olunursa, pambıq da “ağ qızıl” sayılır" -
Bu gün Beynəlxalq Fermer qadınları günüdür. Azərbaycanda qadın sahibkarların böyük qismi kənd təsərrüfatı ilə məşğul olur.

"Xalqİnfo" xəbər verir ki, Publıika.az-ın yeni, "Kəndçi qızı" layihəsində kəndini, torpağnı sevən sahibkar qadınların həyat tərzinə, uğur və çətinliklərinə işıq tutmağa çalışacaq. İlk müsahibimiz Salyan rayonunun Bəydili kəndinin fermeri, “Ramil” kəndli fermer təsərrüfatının rəhbəri Mirvari Qasımovadır.

Fermer qadına ilk sualımız belə oldu: “Niyə təsərrüfatı məhz “Ramil” adlandırdınız?” məlum oldu ki, təxminlərimiz düzgündür. Ramil Mirvari xanımın oğlunun adıdır.
Mirvari Qasımova 45 ildir ki, pambıqçılıqla məşğul olduğunu deyir: “13-14 yaşımdan bu işlə məşğul oluram. Öz işimi çox sevirəm. Pambığın düşkünüyəm. Pambıqçılığa böyük həvəsim var. Gözümü açandan pambıqla məşğul olmuşam. İndiyədək zavoda borclu qalmamışam. Sovet İttifaqı dağılandan sonra da mən hər il pambıq əkmişəm”.

Fermer xanımın sözlərinə görə, 2017-ci il üçün məhsul 2 dəfəyə qədər artıq olacaq: “Bu il 45 hektar sahədə pambıq əkmişəm. Növbəti il üçün isə 100 hektarlıq pambıq əkməyi planlaşdırıram. Ancaq rayonumuzda 685 hektar pambıq əkilib. Ötən il pambıq yığımı bir qədər zəif olmuşdu. Ən yüksək pambıq yığdığımız vaxtlar da olub. Bir neçə il öncə 10 hektar torpaqdan 40 sentiner pambıq yığmışıq. Amma bu il daha da yüksək olacaq. Rayonda hamı pambıq əkməyə maraq göstərir. Buna görə də dövlət başçımıza çox minnətdarıq ki, O, bu sahənin inkişafına böyük dəstək olur”.

M.Qasımova əvəllər pambığın kilosunun 50 qəpikdən satıldığını, indi isə əlavə yardımların olduğunu söyləyir: “Sağ olsun cənab Prezident, bizə əlavə dəstək olur. Satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına subsidiyalar veriləcək. Üstəlik də pambığın hər tonuna əlavə 100 manat mükafat veriləcək. Ona görə də hamı həvəslə pambıq əkib becərəcək”.

M.Qasımov Salyan rayon İcra Hakimiyyətinin əvvəlki başçılarının dövründə pambıqçılığa lazımı dəstəyin olmadığını bildirir: “Prezidentimizlə yanaşı, İcra başçımız Sevindik Hətəmov da bizə çox dəstək verir. Ən əsası İcra başçısı Prezidentimizin göstərişlərinə əməl edərək, biz pambıqçılara yardım edir. Əvvəllər isə bunu görmürdük. O, rayonmuza icra başçısı təyin olunandan sonra pambıqçılıq da inkişaf etməyə başlayıb. Bilirsiz ki, son günlər ölkədə yağışlı havalar başlayıb. Havanın yağmurlu olması ilə əlaqədar da icra başçısı insanları pambıq yığımına cəlb edib ki, məhsul zay olmasın. İnşallah tezliklə pambığı son qozasınadək yığıb təhvil verəcəyik”.

M.Qasımova deyir ki, pambıqçılıq böyük zəhmət tələb edən iş olsa da, o, bu işi sevə-sevə görür: “Pambıqçılıq xüsusilə də qadın üçün böyük əmək tələb edir. Baxmayaraq ki, cəmiyyətdə bəzi hallarda qadının işləməsi müqavimətlə qarşılanır. Lakin pambıqçılıq elə işdir ki, burada o cür hallar olmur. Pambıq sahələrində işləyənlərin hamısı qadınlardır. Burada kişi işçilər yalnız müdirlər ola bilər. Ümumiyyətlə, pambıqçılıq qətiyyən mənə çətin iş kimi görünməyib. Sağ olsun, ölkə başçısı çox yaxşı qərar verib. Bunun nəticəsində rayonlarda xeyli sayda iş yerləri açılır. Kənd camaatı üçün iş yerləri yaranır. Misal üçün, mənim sahəmdə 30-a dək işçi çalışır. Onların hamısı qadınlardır. Həmin işçilər hər gün evlərinə zəhmət haqqı olaraq 15-20 manat pul aparır. Bu, aylıq 400 manata yaxın vəsait edir. Pambıq becərilməsi zamanı isə aylıq 250 manat pul alırlar. Buna görə də pambıq yığımına cəlb olunan işçilər öz işlərini çox həvəslə görürlər. Mən pambığı sevirəm. Siz də, onu sevin. Mən də öz işimdən böyük zövq alıram”.

M.Qasımova qadın fermerlərə də müraciət edir: “Fermer qadınlara məsləhət görürəm ki, gəlib bizim kimi təsərrüfatla məşğul olsunlar. Dövlət tərəfindən pambıqçılığa böyük qiymət verilir. Yaxşı olar ki, bu işi bacara bilən adamlar pambıqçılıqla məşğul olsunlar. Bu, ölkəmiz və xalqımız üçün də faydalı olar. Doğrudan da çox maraqlı və şərəfli işdir. Pay torpaqlarına sahib olan fermerlərə də üzümü tutub deyirəm ki, torpaqları boş saxlamayın, pambıq əkib becərin. Pambıq gəlirli sahədir. Əgər neft gəlirinə görə “qara qızıl” hesab olunursa, pambıq da “ağ qızıl” sayılır. Ona görə də əziz həmvətənlərim, kəndlilər, pambıq əkib becərin, ətrafınızdakı insanlara da iş yerləri yaradıb fayda verin”.

Daha sonra xanım fermer gündəlik həyat tərzini bizə danışır. Deyir ki, çoxlarının, hətta kişilərin ən yaralı yeri olan yuxudan tez oyanmaq pambıqçı qadınlar üçün gündəlik həyat tərzinə çevrilib: “Biz səhər saat 7-də pambıq sahəsində gəlir, saat 18:30-da isə evə qayıdırıq. Yuxudan tez oyanmağa vərdiş etmişik. Hazırda 30 qadın işçim öz işlərini çox həvəslə görürlər. Noyabrın 15-dək məhsulu tam təhvil verməliyik. Pambıq yığımında da heç bir problemimiz yoxdur. Sağ olsun, icra başçımız da bizə yerindəcə bütün texniki köməklikləri göstərir”.

Azərbaycan ötən əsrlərdən bəri dünyanın pambıqçılıq ölkələrindən biri hesab olunub. Çünki ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial mövcuddur. Hələ 1913-cü ildə Azərbaycanda 100 min hektardan çox sahədə pambıq becərilib və bunun nəticəsində 70 min tona yaxın məhsul əldə olunub. Ümumiyyətlə, Azərbaycanın sosial-iqtisadi inkişafında pambıqçılığın əhəmiyyəti zaman-zaman xüsusi yer tutub.

Pambıqçılıq əməktutumlu, yüksək gəlirli istehsal sahəsi, yüngül sənayenin inkişafına ciddi təkan verəcək sahə hesab olunur. Təbii ki, bu sahənin inkişaf etdirilməsi kənd əhalisinin daimi işlə təmin olunması və heyvandarlığın yem bazasının möhkəmləndirilməsi üçün də vacib əhəmiyyət daşıyır. Eyni zamanda pambıq digər dənli taxıl, tərəvəz, bostan bitkiləri üçün əlverişli sələf bitkisi hesab olunur.

Burada xatırlatmaq doğru olar ki, Azərbaycanda pambıqçılığın yüksək inkişafı bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi dövründə 70-ci illərdən başlayaraq Azərbaycanda pambıqçılıq sürətlə inkişaf etməyə başlayıb. Məhz Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda pambıqçılığın böyük sənaye potensialı yaradılıb, torpaqlarda meliorativ tədbirlər görülüb və bu sahənin inkişafı üçün əlverişli zəmin yaradılıb. Bunun nəticəsində isə Azərbaycanda 1970-ci ildən etibarən pambığın istehsalı 3 dəfədən çox artaraq, 300 min tondan 1,5 milyon tona çatıb. Ancaq keçmiş Sovet İmperiyası dağıldıqdan sonra yeni müstəqillik qazanan ölkələrin üzləşdiyi problemlər Azərbaycandan da yan keçməyib. Ötən əsrin sonlarında SSRİ-nin həyata keçirdiyi “təsərrüfat müstəqilliyi” siyasəti Azərbaycan və digər yeni müstəqillik qazanmış ölkələrdə “təsərrüfat özbaşınalığı” sindiromu yaradıb. Təbii ki, bütün bunlar Azərbaycanda pambıqçılığı iflic edərək, minlərlə iri pambıq təsərrüfatlarının dağılmasına gətirib çıxarıb. Azərbaycan ümstəqillik qazandıqdan sonra isə dağılmış bu təsərrüfatlar tədricən bərpa olunmağa başlayır.

Bu gün Azərbaycanda digər sahələrdə olduğu kimi, pambıqçılığın inkişafına xüsusi diqqət yetirilir. Bu sahənin inkişafı üçün dövlət tərəfindən lazımı addımlar atılır. Prezident İlham Əliyevin bölgələrə səfəri zamanı pambıq sahələrinə baş çəkməsi, zəhmətkeş pambıqçılarla görüşü və çıxışlarında səslədirdiyi fikirlər yaxın illərdə Azərbaycanda pambıqçılığın sürətli inkişafına nail olunmasından xəbər verir.

Prezident İlham Əliyevin bu il sentyabrın 3-də Salyana səfəri zamanı rayonun Kürsəngi kəndindəki pambıq sahələrinə baxış keçirməsi də pambıqçılığın inkişafına yönələn siyasətin tərkib hissəsi idi. Çünki Salyan hələ SSRİ dövründə pambıq yığımına görə Azərbaycanın öncül rayonlarından biri olub. Bu rayonda pambıqçılıq təsərrüfatları SSRİ dağıldıqdan sonra da demək olar ki, qorunub saxlanıb. Ona görə də 2016-cı ildə rayonun 16 kəndində 2168 hektar sahədə pambıq əkini aparılıb. Gələn il isə Salyanda 7 min hektarda pambıq əkilməsi planlaşdırılır.

Dövlət başçısı İlham Əliyev Salyana səfəri zamanı da ölkəmizdə, o cümlədən Salyanda pambıqçılığın zəngin ənənələrinin bərpa edilməsi və bu sahənin əvvəlki şöhrətinin qaytarılması üçün müvafiq tapşırıqlarını verir.

Qarşıya qoyulan ilk tapşırıq da o olur ki, 2017-ci ildə respublikamızda pambıq istehsalı 300 min tona, hər hektardan məhsuldarlıq isə 30 sentnerə çatdırılsın. Bu tapşırıqların icrası üçün Salyan rayonunda da aqrar bölmənin ənənəvi sahələrindən biri olan pambıqçılığın inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Bəlkə də əksəriyyətimiz bu gün qızıl qədər qiymətli olan pambığın hansı əziyyətlə əkib-becərilməsindən xəbərsizik. Ona görə də Salyan rayonunun Bəydili kəndinə gedib, orada əkilib-becərilən pambıq sahələri ilə yerindəcə tanış olmağa qərar verdik. Bəydili kəndində çalışan pambıqçı qadınlar nə qədər çətin də olsa, hər gün səhər saat 7-də tarlada işə başlayırlar. Onların iş vaxtı isə axşam saat 18:30-da bitir. Doğrudur, bu iş rejimi xanım üçün çətindir. Ancaq unutmamaq lazımdır ki, onlar halal zəhmətlə hər gün evlərinə qazanc aparırlar.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler