» » “Polis rəisi məni işə düzəldib” -

“Polis rəisi məni işə düzəldib” - Öldüyü deyilən futbolçu danışdı

Bölmə: Idman
“Polis rəisi məni işə düzəldib” -

Dünən mətbuatda ölüm xəbəri yayılan Azərbaycan milli komandasının sabiq futbolçusu Faiq Cabbarov açıqlama verib.

Xalqinfo.az bildirir ki, eks-oyunçu bir neçə gündür yoxa çıxmasını “Qafqazinfo”ya da danışaraq aydınlıq gətirib.

O bildirib ki, ölüm xəbərinin yayılması əslində işinə yarayıb:

“Meyitimi görmədən necə öldü deyiblər, anlamıram. Amma bu, mənim işimə yaradı. Hamı indi itirib-axtarır. Gərək “öləndən” sonra axtaraydılar? Mənim ürəyim həmişə futbolla döyünüb. Amma orda mənə yer olmadı”.

Cabbarov haqqında deyilən “içki düşkündür” iddialarına da cavab verib:

“Bilirsiz də, mən Azərbaycan millisində oynamışam. Dünyanın ən güclü hücumçuları – Erik Kontanaya, Yarı Litmanenə qarşı çıxış etmişəm. Mən həmin matçlara da içkili çıxırdım. Amma onda heç kim demirdi ki, Faiq “alkaş”dır. Nə vaxt mənim pulum bitdi, işsiz qaldım dedilər, içki düşkünüdür. Düzdür, mən içirəm, amma əlimə butulka alıb bomj kimi araq içmirəm. Dostlarımla yeyib-içirəm. 10 gün bundan əvvələ qədər işsiz idim. Amma sağ olsun burda bir polis rəisi var. O, məni öz təsərrüfatlarının birində işin başına qoyub. Ona təşəkkür edirəm. Yenə deyirəm ki, ürəyim futbolla döyünür”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

“Polis rəisi məni işə düzəldib” -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler