“Qadın kimi xoşbəxt ola bilmədim...” - Anasını itirən LətafətBölmə: Şou
“Hər birinizə bu acı günümdə yanımda olduğunuz üçün minnətdaram. Allah ölənlərinizə rəhmət eləsin. Mənim gözəl, enerjili, sağlam, həyat dolu, heç kimlə işi olmayan, hər kəsə yaxşılıq arzu edən mələk anam. Həmişə onu yaxşı insan olduğuna görə danlayırdıq. Xəbərim olmadan göz əməliyyatına getdi və aramızdan uçub getdin”. “Xalqİnfo” xəbər verir ki, bu sözləri iki gün əvvəl anasını itirən teleaparıcı Lətafət Ələkbərova sosial şəbəkədə yazıb. Aparıcı qeyd edib ki, heç vaxt qadın kimi xoşbəxt ola bilməyib: “Bu acıya necə dözəcəm? Mənimlə görüşmədi. Bilmirəm bu yaşadığım nədir? Xəstə yatmadı, ağır xəstəliyi yox idi. Sənsizlikdən ürəyim parçalanır. Bilmirəm bu qismətdir, yoxsa həkimin səhvi. Amma onu bilirəm ki, iki dünya bir olsa da qayıtmayacaqsan. Rənanı böyüdüm, yerbəyer edim yanına gələcəm. Çünki mən heç vaxt qadın kimi xoşbəxt ola bilmədim. Amma mən indi qızıma lazımam. Sən məni yarım qoydun, amma mən qızım üçün çətin də olsa üzünə gülümsəyəcəm. Amma heç vaxt ürəkdən gülüb sevinməyəcəm. Onların nurunu özünlə apardın getdin. 63 yaşlı gözəl, mehriban anam, Allah yaxşıları yanına tez aparır. Bu həyat boşdur, amansızdır. Sən bu dünyalıq deyilmişsən. Amma məni yarı yolda qoyub getməyə haqqın yox idi. Rənaya bu dünyadan köçüb getdiyini deyə bilmədim. Elə bilir ki, xəstəxanadasan. Deyir ki, nənəm sağalıb gəlib bizdə qalacaq”. Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|