» » “Azərbaycan millisindən təklif aldım, rədd cavabı verdim”

“Azərbaycan millisindən təklif aldım, rədd cavabı verdim”

Bölmə: Idman
“Azərbaycan millisindən təklif aldım, rədd cavabı verdim”

Bolqarıstanın “Slaviya” klubunun futbolçusu Serder Serderov Azərbaycan millisində oynamaq üçün AFFA-dan təklif aldığını açıqlayıb.

Xalqinfo” xəbər verir ki, bu barədə məlumatı hücumçunun özü Rusiya mətbuatına açıqlamasında deyib: "Ramil Şeydayevlə Emin Mahmudovun Azərbaycan millisinə cəlb olunmasından sonra AFFA-dan mənə də zənglər gəldi. Mənə yerli pasport verib, yığmada oynamağımı təklif etdilər. Ancaq mən bu təklifi rədd etdim. Çünki mən rusam və Moskvada yaşayıram. Bu, mənim üçün prinsip məsələsidir".

Qeyd edək ki, 22 yaşlı Serderov bunadək Rusiyanın U-17, U-19 və U-21 millilərində çıxış edib. Rusiyada ÇSKA, "Anji", "Ural", "Krılya Sovetov" kimi klublarda oynamış gənc hücumçu, 2016-cı ildən "Slaviya"da çıxış edir. O, Bolqarıstan klubunun heyətində meydana çıxdığı 23 qarşılaşmada 6 qol vurub.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler