Ramos "Real"ın təklifini rədd etdiBölmə: Idman
“Real”ın futbolçusu Serxio Ramos Madrid klubunun müqaviləni yeniləmək üçün ona göndərdiyi təklifi rədd edib.Xalqinfo.az qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi 2017-ci ilin iyununda bitəcək müqavilənin müddətini uzatmaq istəməyib. Bildirilib ki, S.Ramos yeni müqavilənin şərtlərini müzakirə etmək üçün "Real"ın prezidenti Florentino Pereslə görüşüb. Ancaq təklif edilən maaş az olduğu üçün S.Ramos F.Pereslə razılaşmayıb. "Real"ın S.Ramosa illik 6 milyon avro təklif etdiyi iddia olunub. Qeyd edək ki, "Real"ın aparıcı futbolçularından Kriştianu Ronaldu və Qaret Beyl illik 11 milyon, Kərim Benzema 8 milyon, İker Kasilyas 4 milyon avro qazanırlar. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|