» » “Futbolçular əziyyət çəkib yoruldular” -

“Futbolçular əziyyət çəkib yoruldular” - Qurban Qurbanov

Bölmə: Idman
“Futbolçular əziyyət çəkib yoruldular” -
Azərbaycan Premyer Liqasının I turu çərçivəsində keçirilən "Kəpəz" - "Qarabağ" matçı 1:1 hesabı ilə başa çatıb.

"Xalqİnfo" bildirir ki, “Qafqazinfo” Futbol11.az-a istinadən xəbər verir ki, qarşılaşmadan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini səsləndirib:

"Yaxşı mübarizəli oyun oldu. Baxımlı futbol göstərməyə, imkan olmadı. Arenanın ot örtüyünün durumu ürəkaçan deyildi. Buna görə də futbolçular əziyyət çəkib, yoruldular. Gəncə ağır səfərlədən biridi. Öz çempionatımızda belə bir azarkeş qarşısında oynadıq. Azarkeşlərə təşəkkür edirəm ki, komandalarını belə dəstəkləyirlər. Rəqibə uğurlar arzulayıram".

- Xal itirməyiniz çempionluq yolundakı rəqiblərinizin işinə yaradı...
- Düşünmürəm ki, rəqiblərimiz bizdən çox aralandı. Bugünkü oyunda uda da bilərdik, uduza da. Məğlub durumdan bərabərlik qolunu vurduq və oyun heç-heçə bitdi. Bu mənada xallarımızın üstünə 1 xal əlavə etdiyimizi düşünürəm.

- "Fiorentina" səfərindən nə gözləyirsiniz, rəqibdən xal qoparda biləcəksinizmi?
- Buna indidən söz verə bilmərəm. Amma çalışacağıq ki, əlimizdən gələni edək ki, xalla dönməyi bacaraq.

- Dino Ndlovunun oyunundan nə dərəcədə razısınız?
- İndiki halda narazılığım yoxdur. Onun da oyunundan razıyam. Get-gedə komandaya daha yaxşı uyğunlaşır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler