» » Jurnalistlər və deputatlar “Qarabağ”ın oyununa PROQNOZ verdilər

Jurnalistlər və deputatlar “Qarabağ”ın oyununa PROQNOZ verdilər

Bölmə: Idman
Jurnalistlər və deputatlar “Qarabağ”ın oyununa PROQNOZ verdilərBu gün Avropa Liqasının qrup mərhələsində Azərbaycanın “Qarabağ” klubu Ukraynada “Dnepr”lə qarşılaşacaq.
Modern.az saytı jurnalistlər və deputatlardan bugünkü oyunun nəticəsi ilə bağlı proqnozlarını öyrənib.

Tanınmış idman jurnalisti, “New Baku Post” saytının əməkdaşı Rövşən Binnətlinin sözlərinə görə, hətta “Qarabağ”ın uduzmasına əmin olsa belə, heç vaxt bunu deməzdi: “Hesabın necə olacağını deyə bilmərəm. Qurban Qurbanov açıqlamasında bildirib ki, həm maliyyə, həm də təcrübə baxımından “Qarabağ” qrupdakı 3 komandadan geri qalır. Amma “Qarabağ” komandasında sağlam, istəkli, həvəsli mühitin olması axşamkı oyunda qalib olmasını təmin edə bilər”.

Onun fikrincə, “Qarabağ” bütöv Azərbaycanın komandasıdır: “Bu səbəbdən hamı komandamızın qalib gələcəyinə inanır”.



“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid komandamızın qalib gələcəyini artıq yuxusunda görüb: “Yuxuda görmüşəm ki, “Qarabağ” hansısa komandaya 1:0 hesabı ilə qalıb gəlib. Düşünürəm ki, o bugünkü oyundur”.

Deputat Aqil Abbas “Qarabağ”ın qalib gələcəyinə tam əmindir. O da etiraf edib ki, yuxuda da “Qarabağ”ın qalib gəldiyini görüb.

Millət vəkili Rövşən Rzayev hesab edir ki, “Qarabağ” baxımlı futbol oynayır və qələbə qazanacaq. Onun istəyi komandamızın bütün mərhələləri keçib hətta finalda da qalib gəlməsidir.

“Futbol +” qəzetinin baş redaktoru Mahir Rüstəmli bugünkü oyunun çətin mübarizə şəraitində keçəcəyini bildirib: “Qarabağ” bu oyundan 1 xalla qayıtsa, bunu uğur kimi qiymətləndirmək lazımdır. Hər halda, “Dnepr” Ukrayna çempionatının lideridir və yetərincə güclü komandadır. Ümid edirəm ki, “Dnepr” Avropa Liqasının oyunlarına o qədər diqqət ayırmayacaq və “Qarabağı”ın qələbə qazanmaq şansı çox olacaq”.

“İdman Azərbaycan” televiziya kanalının futbol şərhçisi Rüstəm Əfşarlı Avropa Liqasının oyunlarına əvvəlcədən proqnoz verməyin çətin olduğunu qeyd edib: “Bu oyundan “Qarabağ” 1 xalla qayıtsa, bizim qələbəmiz olar. Düşünürəm ki, bu, azarkeşlər üçün də əla nəticə demək olar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler