» » Ermənistanda seçki başa çatdı, səslər hesablanır -

Ermənistanda seçki başa çatdı, səslər hesablanır - Yenilənib

Bölmə: GÜNDƏM
Ermənistanda seçki başa çatdı, səslər hesablanır -
Ermənistanda baş verən siyasi böhran və kütləvi aksiyalardan sonra xalq millət vəkili seçkiləri üçün sandıq başına gedib.

Xalqinfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yerli vaxtla saat 08:00-da başlayan seçkilərdə səsvermə hüququ olan 2,5 milyon seçici qeydiyyatdadır.

Əsas mübarizənin oktyabrda istefa vermək məcburiyyətində qalan və müvəqqəti olaraq baş nazir funskiyasını icra etməyə davam edən Nikol Paşinyanın rəhbərliyindəki “Mənim Addımım” ittifaqı ilə Rifahlı Ermənistan Partiyası arasında olacağı proqnozlaşdırılıb.

Səsvermə nəticəsində parlamentin ən az 101 yeni üzvü müəyyənləşdiriləcək. Konstitusiyaya görə millət vəkili sayı ən çox 200 ola bilər. Həmçinin, parlamentdə ən az 3 partiya təmsil olunmalıdır.

İlkin nəticələrin gecə yarısı məlum olacağı gözlənilir.

Qeyd edək ki, parlamentin yeni üzvləri məlum olduqdan sonra 31 dekabrda yeni baş nazir seçiləcək.

***

Ermənistanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb. Saat 20:00-da ölkə üzrə bütün seçki məntəqləri bağlanıb. Artıq səslərin sayılmasına start verilib.

Ermənistan MSK yerli vaxtla saat 21:00-da son məlumatları açıqlayacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler