» » “Ermənistanı dövlət kimi tanımırıq” -

“Ermənistanı dövlət kimi tanımırıq” - Pakistan Senatının sədr müavini

Bölmə: GÜNDƏM
“Ermənistanı dövlət kimi tanımırıq” - “Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini abidələrini dağıdıblar”.

APA-nın xəbərinə görə, bu sözləri Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidari deyib.

O, bildirib ki, Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Ermənistanı bir dövlət kimi tanımır: “Pakistanla Azərbaycan qardaş ölkələrdir. Azərbaycan hər zaman bu qardaşlığa böyük önəm verir. Biz də Azərbaycana qardaşlıq münasibətimizi əsirgəməyəcəyik. İstənilən məsələdə Azərbaycanın yanında olacağıq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler