» » Jurnalistlər üçün “Şeyxülislam mükafatı” təsis olunur

Jurnalistlər üçün “Şeyxülislam mükafatı” təsis olunur

Bölmə: GÜNDƏM
Jurnalistlər üçün “Şeyxülislam mükafatı” təsis olunur

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə media nümayəndələrinə müraciət edib.

"Xalqİnfo" APA-ya istinadən xəbər verir ki, Şeyxülislam jurnalistlər üçün keçirilən “Milli mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” mövzusunda 2 həftəlik seminarın açılışında bildirib ki, fəaliyyətində jurnalistlərə çox arxalanır və onlardan təkliflər gözləyir.

O qeyd edib ki, jurnalistlərin təkliflərinə, fikirlərinə böyük ehtiyacı var: “Mən artıq düşünmüşəm və hazırlanması üçün tapşırıq vermişəm ki, jurnalistlər üçün "Şeyxülislam mükafatı" təsis olunsun. Bu mükafat jurnalistlərə milli-mənəvi dəyərlərlə bağlı yazılarına görə veriləcək”.

Qeyd edək ki, seminarın açılışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov və digər şəxslər iştirak edib.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler