» » Siyavuş Novruzovdan Allahşükür Paşazadəyə DƏSTƏK

Siyavuş Novruzovdan Allahşükür Paşazadəyə DƏSTƏK

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Siyavuş Novruzovdan Allahşükür Paşazadəyə DƏSTƏK
“Qafqaz Müsəlmanları İdarəsinin adının dəyişdirilməsi, bu qurumun qanunlarımıza zidd fəaliyyət göstərməsini demək çox səhv fikirdir”.

Xalqİnfo.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, vaxtilə Gürcüstandakı bəzi islam dairələri Qafqaz Müsəlmanları İdarəsindən ayrılmaq istəyib, amma bu, alınmayıb:

“Ötən əsrin əvvəllərində və ondan da qabaq Çar Rusiyasında bütün Qafqazdakı müsəlmanlara şeyxüsislam və Qafqaz Müsəlmanları İdarəsi rəhbərlik edib.

Düzdür, son vaxtlar Gürcüstandakı bəzi müsəlman dairələri istədilər ki, oradakı müsəlmanları Qafqaz Müsəlmanları İdarəsindən, şeyxülislamdan ayırsınlar. Bu isə Gürcüstanda yaşayan azərbaycanlıların haqlı etirazlarına səbəb oldu.

Qafqaz Müsəlmanları İdarəsinin Şimali Qafqazda, Çeçenistanda, İnquşetiyada fəaliyyəti çox müsbət haldır. İslamda məzhəb parçalanmaları ortaya atanlar dini təfriqə salmaqla məşğuldurlar”.

Siyavuş Novruzov deyib ki, Gürcüstan və Rusiyadakı müsəlmanlar şeyxülislamın seçilməsinə yekdilliklər səs verirlər:

“Bütün Qafqazın şeyxini seçmək üçün Qafqaz Müsəlmanları idarəsinin Şurası var. Şexyülislam da seçkili vəzifədir. Şura da seçki ilə şeyxülislamı seçir. Rusiyada və Gürcüstanda yaşayan müsəlmanlar da şeyxülislamın seçilməsində yaxından iştirak edir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə çox hörmətli və bu vəzifəyə layiq adamdır. Allahşükür Paşazadə bütün müsəlman dünyasında da yüksək nüfuza malik din xadimidir.

Biz bu gün şeyxülislanın fəaliyyətini və səlahiyyətlərini genişləndirmək kimi təkliflər irəli sürməkdənsə, bəziləri hansısa çirkin məqsədlərlə ortaya lazımsız fikirlər atırlar”.

Xatırladaq ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin Azərbaycanin müstəqilliyinə və qanunlarına uyğun olmadığın və bu qurumun ləğv edilərək yerində Azərbaycan Müsəlmanları İdarəsi yaradılmaısını deyib.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler