» » Bir gecədə 1,5 milyard

Bir gecədə 1,5 milyard itirdilər

Bölmə: Dünya
Bir gecədə 1,5 milyard  Dünya milyarderləri arasında adları yer alan 11 rusiyalı milyarder Yeni il gecəsi ümumilikdə 1,5 milyard dollara yaxın vəsait itirib.

Xalqinfo.az bildirir ki,dekabrın 31-də Leonid Mixelson 403,4 milyon, Vladimir Potanin 311 milyon, Vladimir Lisin 307 milyon, Alişer Usmanov 141,2 milyon ABŞ dolları itirməklə siyahıya liderlik edirlər.

Növbəti yerləri isə Sergey Qalitski 97 milyon, Viktor Vekselberq 48,8 milyon, Mixail Fridman 48,3 milyon, Mixail Prokorov 47,4 milyon, German Xan 33,2 milyon, Roman Abramoviç 30,3 milyon və Dmitri Ribolovlev 0,6 milyon dollarlıq itki ilə bölüşdürürlər.

Azərbaycanlı Vahid Ələkbərov da daxil olmaqla digər 4 milyarder isə 2014-cü ilin son günü qazananlar siyahısındadır. Onların ümumi qazancı 267,5 milyon olub. Belə ki, Aleksey Mordaşov 123,3 milyon, Oleq Deripaska 130 milyon, Vahid Ələkbərov 9,6 milyon və Andrey Melniçenko 4,6 milyon dollar qazanc əldə ediblər.

Xatırladaq ki, 2014-cü ilin 31 dekabr tarixində dünya milyarderləri ümumilikdə 11,7 milyard dollar pul itiriblər ki, onun da 629,3 milyonu Bill Qeytsin payına düşür.

Mənbə
Atvxeber.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler