» » Obamadan Rusiyaya qarşı növbəti zərbə

Obamadan Rusiyaya qarşı növbəti zərbə

Bölmə: Dünya
Obamadan Rusiyaya qarşı növbəti zərbəABŞ Prezidenti Barak Obama Konqresin qəbul etdiyi Rusiyaya qarşı yeni sanksiyaların qəbulunu nəzərdə tutan qanunu təsdiqlədiyini bildirib.
APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Ağ Evin məlumatına əsasən, buna baxmayaraq, ABŞ prezidentinin hələlik Rusiyaya qarşı yeni iqtisadi sanksiyaları dərhal tətbiq etmək niyyəti yoxdur.

ABŞ administrasiyasının nümayəndələrinin sözlərinə görə, Barak Obama Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsində Avropa İttifaqı ilə razılaşdırılmış addımlar atmağa qərar verib.

Obamanın bəyanatında qeyd olunub ki, Vaşinqton Rusiyanın addımlarına və Ukraynadakı hadisələrin inkişafına cavab olaraq tətbiq ediləcək sanksiyaların korrektə olunmasında Avropadakı müttəfiq və tərəfdaşları ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.

Qeyd edək ki, Barak Obamanın təsdiqlədiyi qanun prezidentin üzərinə Rusiyanın müdafiə sənayesi müəssisələrinə qarşı məhdudiyyətlər tətbiq etmək öhdəliyi qoyur. Qanun, həmçinin prezidentə sanksiyaları aradan qaldırmaq səlahiyyəti də verir (əgər bu milli təhlükəsizlik maraqlarına zidd deyilsə).

“Rusiya lazımi addımları atacağı təqdirdə biz Rusiyaya qarşı sanksiyaları aradan qaldırmağa hazırıq”, - deyə ABŞ prezidentinin bəyanatında vurğulanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler