» » İŞİD-ə 3 günə 67 zərbə endirildi

İŞİD-ə 3 günə 67 zərbə endirildi

Bölmə: Dünya
İŞİD-ə 3 günə 67 zərbə endirildiABŞ və koalisiya qüvvələri İraq və Suriyadakı İŞİD hədəflərinə 3 gün ərzində 67 dəfə hava hücumu təşkil edib.

Xalqinfo.az axar.az-a istinadən xəbər verir ki, dekabrın 15-17-si tarixləri arasında ABŞ ordusuna aid hərbi təyyarələr Suriyada İŞİD yaraqlılarını 6 dəfə havadan vurub. İraqda da ABŞ və koalisiya ölkələrinə aid hərbi təyyarələr eyni tarixlərdə ümumilikdə 61 hava hücumu reallaşdırıb.

Suriyada hücumlar Kobani ətrafında təşkil edilib. 5 hava hücumunda təşkilatın binası və anbarı məhv edilib. Mosul yaxınlığında 8, Təlafər ətrafında 2, Sincar ətrafında 2, Hit, Rəva, Ərbil və Ramazi ətrafında isə bir hücum gerçəkləşib. Bütün bu hücumlarda İŞİD-ın döyüş mövqeləri, düşərgələri, ağır silahları və ləvazimatları hədəf alınıb.

Eyni zamanda, İŞİD yaraqlıları ilə döyüşən peşmərgə və İraq təhlükəsizlik qüvvələrinin əməliyyatlarına dəstək vermək üçün koalisiya qüvvələri tərəfindən 45 hava hücumu təşkil edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler