İŞİD-ə ilk ağır zərbə vurulduBölmə: Dünya, BLOK XƏBƏR
Terrorçuların bir çox mövqeləri bombalanaraq məhv edilib İraq və Suriyada İŞİD terror qruplaşmasına ağır zərbələr endirilib. ans press-in məlumatına görə, bu barədə ABŞ Mərkəzi Konamdanlığının (CENTCOM) açıqlamasında bildirilir. ABŞ qırıcıları Suriya və İraqda İŞİD-in mövqelərinə 23 dəfə hücum edib. Hücumlardan 18-i Suriyada həyata keçirilib, əsasən Kobani şəhərindəki İŞİD mövqeləri bombalanıb. Açıqlamaya görə, bombardman zamanı İŞİD-in mövqeləri darmadağın edilib, İŞİD-ə aid 16 bina məhv olunub. İraqda isə Hadisa Barajı şəhəri yaxınlığında İŞİD-ə məxsus silahla dolu maşın karvanı, Beyci yaxınlığında isə 4 hava hücumu nəticəsində terrorçuların bir binası, hərbi texnikası, bir neçə topu məhv edilib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|