» » Rusiyalı polis zabiti azərbaycanlıya görə vəzifəsindən ola bilər

Rusiyalı polis zabiti azərbaycanlıya görə vəzifəsindən ola bilər

Bölmə: Dünya
Rusiyalı polis zabiti azərbaycanlıya görə vəzifəsindən ola bilər
Rusiya İstintaq Komitəsi Peterburqun Frunzensk rayonunun 27-ci polis bölməsinin 36 yaşlı rəis müavini, polkovnik-leytenant Adrey Qubini iki sutka müddətinə həbs edib. Ona qarşı külli miqdarda rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb.

Xalqinfo.az “Fontanka” nəşrinə istinadla xəbər verir ki, polkovnik-leytenant qaçırılan avtomobilin geri qaytarılması zamanı 200 min rubl (2875 dollar - red.) rüşvət alıb.

Azərbaycanlı polis paltarı geyinərək terminalları oğurlayıb

Məlumatlara görə, o, sentyabrın 11-i, yerli vaxtla 20:00-da bölmə yaxınlığında Peterburq sakini ilə görüşüb. O, öz avtomobilində rüşvəti qəbul edib. İstintaqdan bildirilib ki, bu pulu Qubin azərbaycanlıdan onun “Toyota Camry” avtomobilini geri qaytardığı üçün alıb.

Əməli sübuta yetirilərsə, Qubin vəzifəsindən azad ediləcək, onun tabeliyində olan şəxslər isə intizam məsuliyyətinə cəlb olunacaqlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler