» » Azərbaycanlı polis paltarı geyinərək terminalları oğurlayıb

Azərbaycanlı polis paltarı geyinərək terminalları oğurlayıb

Bölmə: Kriminal
Azərbaycanlı polis paltarı geyinərək terminalları oğurlayıb
Azərbaycan vətəndaşı Rusiyanın İjevsk şəhərində dələduzluq edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İjevsk prokurorluğunun məlumatında deyilir.

Bildirilir ki, ittiham edilən şəxs martın 3-də dayanacaqlardakı pavilyonlarda satıcılara yaxınlaşaraq, özünü polis əməkdaşı kimi təqdim edib.

O, xüsusi əməliyyat-axtarış tədbirlərinin keçirildiyini deyərək, birja terminallarını götürüb.

Bununla da, Azərbaycan vətəndaşı naməlum şəxslərlə Vorovski və Puşkinski küçələrində iki terminalı aparıblar.

Dələduzlar terminalları kirayələnmiş avtomobillərdə ərazidən uzaqlaşdırıblar. Lakin cinayətkarların üçüncü cəhdi alınmayıb. Lenin küçəsində satıcı onlardan vəsiqələrini tələb edib və sonuncular qaçmağa məcbur qalıblar.

Dəstə üzvlərinin vurduğu ziyan 125 min rubl (3 min manat) dəyərində qiymətləndirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler