Putin Gürcüstan dövlətini ləğv etmək istəyirdi - SaakaşviliBölmə: Dünya, BLOK XƏBƏR
2008-ci ildə Gürcüstana hücumun hədəfi ölkənin işğalı idi. Axar.az xəbər verir ki, bunu “Currenttaym” portalına açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. “Gürcüstanın hazırda Rusiyadan müdafiə olunmaq üçün heç bir strategiyası yoxdur. Anlamaq lazımdır ki, Rusiyanın 2008-ci ildəki hücumunun hədəfi nə idi. Bu işğal cəhdi o zaman uğurlu islahatlar həyata keçirən gürcü dövlətçiliyinə hücum idi. Ovaxtkı hədəf Tiflisdə hakimiyyət dəyişikliyinə nail olub, Gürcüstanı dövlət kimi ləğv etmək idi. Yalnız tam axmaqlar deyə bilərlər ki, 2008-ci il müharibəsini Gürcüstan başladıb. Bunu rus analarından, səhər saat üçdə Gürcüstan ərazisinə alayı ilə birgə daxil olan polkovnik Kazaçenkodan (58-ci ordunun 135-ci motoatıcı alayının komandiri - red.) soruşun”, - o bildirib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|