» » "Mer seçilsəm Tbilisidəki Bakı küçəsini əsaslı təmir etdirəcəyəm” -

"Mer seçilsəm Tbilisidəki Bakı küçəsini əsaslı təmir etdirəcəyəm” - Kaxa Kaladze

Bölmə: Dünya
"Mer seçilsəm Tbilisidəki Bakı küçəsini əsaslı təmir etdirəcəyəm” -
“Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına və Tbilisi şəhərinin meri vəzifəsinə seçkilər keçiriləcək. Mən mer seçilsəm Tbilisidəki Bakı küçəsini əsaslı təmir etdirəcəyəm”.

Xalqinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş energetika naziri, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından Tbilisi şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze bildirib.

Kaladze bildirib ki, Tbilisi şəhərindəki köhnə küçələrin təmiri bizim üçün prioritet məsələlərdən biridir: "Tbilisinin mərkəzində belə küçələrdən biri də Bakı küçəsidir. Azərbaycan bizim üçün yaxın qonşu və dost ölkədir. Hesab edirəm ki, Bakı küçəsi də öz görkəmini dəyişməli və yenilənməlidir. Tbilisi şəhərinin meri seçilsəm Bakı küçəsinin təmiri və yenidən qurulması üçün əlimdən gələni edəcəyəm”.

Kaxa Kaladze seçkilərdə qalib gələcəyi təqdirdə şəhərin abadlaşdırılması istiqamətində çox işlər görüləcəyini vurğulayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler