» » Gürcüstan Rusiyadan qaz alışını dayandırdı -

Gürcüstan Rusiyadan qaz alışını dayandırdı - Azərbaycana görə

Bölmə: İqtisadiyyat, Dünya
Gürcüstan Rusiyadan qaz alışını dayandırdı -
Gürcüstan bu ilin sonuna qədər "Qazprom"dan qaz almağı planlaşdırır, aprel ayından qaz təchizatı Azərbaycandan olan tədarük hesabına həyata keçirilir.

Xalqinfo.az azvision.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze İctimai televiziyanın efirində bildirib.

Nazirin sözlərinə görə, Gürcüstan yanvar ayından mart ayına qədər Rusiyadan 100 milyon kub metr qaz alıb. O, vurğulayıb ki, bu ilin əvvəlində "Qazprom"la bağlanan müqavilə Rusiyadan qaz asılılığını azaltmağa imkan verir.

"Rusiya qazının Ermənistana tranzitinə görə aldığımız vəsaitlə, biz Azərbaycandan qaz almaq imkanına malikik. Lazım olsa İrandan da qaz ala bilərik",- deyə Kaladze vurğulayıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler