» » Ukrayna hakimiyyəti Saakaşvilinin dönüşündən qəzəblənib

Ukrayna hakimiyyəti Saakaşvilinin dönüşündən qəzəblənib

Bölmə: Dünya
Ukrayna hakimiyyəti Saakaşvilinin dönüşündən qəzəblənib
Ötən gün Polşa-Ukrayna sərhədini “Şeqini” sərhəd-buraxılış məntəqəsində keçən Mixaİl Saakaşvili və onun tərəfdarlarına qarşı cinayət işi açılıb.

Xalqinfo.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, məsələ ilə bağlı çıxış edən daxili işlər naziri Arsen Avakov insident zamanı 11 sərhədçinin yaralandığını və Mixail Saakaşvilinin dərhal polisə gələrək ifadə verməli olduğunu bildirib.

“Saakaşvili və onun tərəfdarları dərhal polisə gələrək ifadə verməli, eyni zamanda yerli miqrasiya xidmətində qeydiyyatdan keçməlidir”.

Ukraynanın baş naziri Vladimir Qroysman da Saakaşvili və onun tərəfdarlarının dövlət sərhədini keçməsini Ukraynaya qarşı cinayət kimi dəyərləndirib.
Ukrayna Prokurorluğu isə insidentlə bağlı “qrup halında dövlət sərhədini keçən zaman xidməti vəzifəsinin icra edən hərbçilərə zorakılıq tətbiq etmə” maddəsi ilə iş açıldığını deyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler