» » Saakaşvili Ukrayna vətəndaşlığından çıxarıldı - Səbəbi açıqlandı

Saakaşvili Ukrayna vətəndaşlığından çıxarıldı - Səbəbi açıqlandı

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Saakaşvili Ukrayna vətəndaşlığından çıxarıldı - Səbəbi açıqlandı
Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib.

Virtualaz.org xəbər verir ki, bu məlumat Ukrayna Miqrasiya Xidməti tərəfindən təsdiqlənib.

Yerli TSN telekanalı bildirir ki, müvafiq qərar “Vətəndaşlıq haqqında” Qanunun 2-ci bəndinin 19-cu maddəsinə əsasən vətəndaşlıq alarkən Saakaşvili tərəfindən anket məlumatlarında yalan informasiyanın verilməsinə görə qəbul edilib.

Mixail Saakaşvili anketi doldurarkən göstərib ki, Ukraynada və ölkənin xaricində onun barəsində istintaq hərəkətləri aparılmır. Lakin məlum olub ki, həmin vaxt Saakaşvili Gürcüstanda qiyabi şəkildə həbs edilib.

Bildirildiyinə görə, Ukrayna Baş Prokurorluğuna Saakaşvilinin vətəndaşlığı barədə sorğunu deputat Andrey Lozovoy yollayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler