» » ABŞ-da helikopter qəzaya uğradı -

ABŞ-da helikopter qəzaya uğradı - Ölənlər var

Bölmə: Dünya
ABŞ-da helikopter qəzaya uğradı -
ABŞ-ın Virciniya ştatının Şarlottesvil şəhərində ştatın polis idarəsinə məxsus bir helikopter qolf meydançasının yaxınlığında düşüb.

Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı qəza nəticəsində helikopterdə olan 2 pilot ölüb.

Məlumata görə, həmin helikopter şəhərdə mitinq keçirən qrupu izləmək üçün uçuş həyata keçirirmiş.

Hadisə ilə əlaqədar prezident Donald Tramp ölənlərin ailəsinə və yaxınlarına başsağlığı mesajı yayımlayıb.

Qeyd edək ki, şəhərdə bir neçə gündür kütləvi aksiyalar keçirilir. Aksiyalar Amerika vətəndaş müharibəsində Konfederasiya ordusunun komandiri olmuş general Robert Linin heykəlinin götürülməsindən sonra başlayıb. Şəhərdə vəziyyət gərginləşdiyi üçün fövqəladə vəziyyət rejimoi elan edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler