» » ABŞ-da hərbi helikopter qəzaya uğrayıb

ABŞ-da hərbi helikopter qəzaya uğrayıb

Bölmə: Dünya
ABŞ-da hərbi helikopter qəzaya uğrayıb
ABŞ-ın Leonardtaun şəhərində (Merilend ştatı) hərbi “UH-60 Black Hawk” helikopterinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb.

Xalqinfo.az xəbər verir ki, bu barədə ABŞ ordusunun mətbuat xidməti məlumat yayıb.

“Göyərtəsində 3 nəfərin olduğu helikopter qolf meydançasına düşüb. Ekipaj üzvlərindən biri ölüb, digər 2 nəfər ağır yaralanıb”, - məlumatda deyilir.

Bildirilib ki, Deyvison aerodromundan səmaya qalxan helikopter Leonardtaun şəhərində yerli vaxtla saat 13:37-də qolf sahəsinə düşüb.

Göyərtədə cəmi üç nəfər heyət üzvü olub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler