» » Qarşıdurma ehtimalı...

Qarşıdurma ehtimalı...

Bölmə: Dünya, Din
Qarşıdurma ehtimalı...


Moskva Polis İdarəsi bayram günü namaz zamanı bütün məscidlərə nəzarət qrupu göndərməyi qərarlaşdırıb.

Rusiya Müftilər Şurasının və Moskva Polis İdarəsinin birgə qərarı nəticəsində, oktyabrın 4-də Qurban Bayramı namazı zamanı Moskvadakı məscidlərə nəzarət qrupları göndərəcək. Bağlı qrupların məqsədinin Müsəlmanlar ilə polis arasında çıxa biləcək mümkün münaqişə və münaqişələri qarşısını almaq olduğu bildirilib.

Krım Xəbər Agentliyində yer alan xəbərə görə, müvafiq qərar, Moskva Polis İdarəsi İctimai Şurası tərəfindən qəbul olunub. Sözügedən qərarın, 26 Sentyabr tarixində Moskvanın Böyük Tatarskaya Küçəsində yerləşən tarixi məscid yanında müsəlmanlar ilə polis arasında çıxan münaqişə sonrası alındığı açıqlanıb. Qurban Bayramında nəzarət qrupuna Rusiya Müftilər Şurası, Rusiya Federasiyası Moskva Polis İdarəsi İctimai Şurası, Rusiya Qafqaz Xalqları Konqresi, Dağıstan Gəncləri Birliyi, İnguşların Gənclər Təşkilatlar İttifaqı və Elbrusoid Fondunun üzvləri girəcək.

Rusiya Federasiyası Moskva Polis İdarəsi İctimai Şurası açıqlamasında "Nəzarət qrupları, lazım olduğu hallarda polis ilə məscid camaatı arasında vasitəçilik rolu edəcək" - deyə bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler