Şeyx məktub göndərdiBölmə: Din, BLOK XƏBƏR
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva metrosunda baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq Moskva və Bütün Rusiya Patriarxı Kirilə məktub göndərib. ans press-in məlumatına görə, Şeyx insan tələfatına görə, dərindən kədərləndiyini ifadə edib: "Moskva metrosunda baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi dərindən kədərləndirib. Biz də dualarımızı rusiyalılarının dualarına qoşaraq mərhumların ruhlarının şad olmasını, xəsarət alanların tezliklə sağlamlıqlarına qovuşmasını diləyirik. Müsəlmanlar və şəxsən öz adımdan Zati-müqəddəslərinizə və Sizin simanızda bütün Rusiya xalqına bu matəm günü münasibətilə dərin hüznlə başsağlığı verirəm. Uca Yaradan mərhumların ruhunu şad etsin!" Qeyd edək ki, bir neçə gün öncə Moskava metrosunda qəza baş verib. Qatarların reysdən çıxması nəticəsində 23 nəfər ölüb, onlarla insan yaralanıb. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|