» » Dünyanın ən nadir ağaclarından biri aşdı -

Dünyanın ən nadir ağaclarından biri aşdı - Foto

Bölmə: Dünya
Dünyanın ən nadir ağaclarından biri aşdı -

ABŞ-ın Kaliforniya ştatında dünyanın ən nadir ağaclarından biri, "Pioneer Cabin Tree" adlı sekvoyya aşıb. Ağacı dünyaca məşhurlaşmasına səbəb onun gövdəsində dəlinmiş tuneldi. Bu tuneldən avtomobil rahatlıqla keçirdi.

Xalqinfo.az ABC-yə istinadən bildirir ki, ağacı son on ildə Kaliforniyada ən güclü sayılan qasırğa aşırıb. "Tunel ağac" kimi tanınan sekvoyyanın 1000 ildən artıq yaşı vardı.

Onun gövdəsindəki tunel 1980-ci ildə, "Calaveras Big Trees Association" parkına turistləri cəlb etmək üçün dəlinmişdi.

Son illər sekvoyyanın durumu pis idi. Ağac sürətlə quruyurdu və yarpaqlar ancaq ən üst budaqlarda idi.

Kaliforniya ştatındakı Syerra-Nevada dağ silsiləsinin ətəklərində bitən nəhəng sekvoyya ağaclarının hündürlüyü bəzən 70 metrə çatır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Dünyanın ən nadir ağaclarından biri aşdı -
Dünyanın ən nadir ağaclarından biri aşdı -
Dünyanın ən nadir ağaclarından biri aşdı -
Dünyanın ən nadir ağaclarından biri aşdı -
Dünyanın ən nadir ağaclarından biri aşdı -
Dünyanın ən nadir ağaclarından biri aşdı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler