» » “Reina”da 3 terrorçu vardı, biri qadın idi” -

“Reina”da 3 terrorçu vardı, biri qadın idi” - Sağ qalan turist

Bölmə: Dünya
“Reina”da 3 terrorçu vardı, biri qadın idi” -

İstanbulun “Reina” gecə klubunda baş verən terrorla bağlı yeni məlumatlar əldə edilib.

Xalqinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror hücumu zamanı həyat yoldaşıyla birgə dənizə atlayaraq xilas olan Səudiyyə Ərəbistanından olan məşhur iş adamı Adnan Kaşıkçının qardaşı oğlu Hasan Kaşıkçının sözlərinə görə, terrorçular masa-masa gəzərək atəş açıblar.

O bildirib ki, həyat yoldaşı Məryəmlə birgə terrordan 40 dəqiqə əvvəl kluba gedib. Qəflətən silah səsləri eşidilib: “Arvadım “uşaqlarımı istəyirəm, evə getmək istəyirəm” deyə bağırdı. Mən isə ona “indi cənnəti düşünməlisən” deyə bağıraraq cavab verdim".

Al Arabiya kanalına reportajında səudiyyəli turist onu da vurğulayıb ki, atəş açan 3 nəfər olub və onlardan biri qadın idi.

Kaşıkçı qeyd edib ki, onlar ərəb dilində danışmırdılar, lakin əcnəbi olublar.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler