Fransa xarici işlər naziri 12 ildə ilk dəfə İrana gedir- TarixBölmə: Dünya, BLOK XƏBƏR
Fransa XİN rəhbəri Loran Fabius bu gün Tehrana yola düşür. ANS PRESS-in məlumatına görə, Fabiusun burada İran prezidenti Həsən Ruhani, İran XİN rəhbəri Muhəmməd Cavad Zəriflə görüşü keçiriləcək. Fransa XİN-in rəsmi nümayəndəsi Romen Nadalın sözlərinə görə söhbət Fransa diplomatiya rəhbərliyinin 12 il ərzində İrana ilk səfərindən gedir. “Səfər Fransa ilə İran arasında siyasi dialoqun ən yüksək səviyyədə bərqərar olmasına kömək edəcək. Səfər zamanı Fransa-İran əlaqələrinin əsas məqamları, regional məsələlər, eləcə də Parisdə keçirilən iqlim konfransı müzakirə olunacaq”. Qeyd edək ki, İran 6-lıqla razılığa gəldikdən sonra Qərb ölkələri ilə İran arasında münasibətlərin istiləşməsi yaşanır. Sanksiyaların ləğvi zamanı İran iqtisadiyyatının yüksəlişi gözlənilir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|