Rusiya və İran prezidentləri Ufada görüşəcəkBölmə: Siyasət
Rusiyanın Ufa şəhərində Rusiya dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında görüş keçiriləcək. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, görüş Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS təşkilatına üzv olan ölkələrin gələn həftə keçiriləcək sammiti çərçivəsində baş tutacaq. “Rusiya və İran prezidentlərinin görüşü həqiqətən gözlənilir. Hazırda görüşə hazırlıq işləri gedir”, deyə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib. Qeyd edək ki, ŞƏT və BRİKS sammitləri Rusiyanın sədrliyi ilə keçiriləcək. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|