» » Jirinovski bir neçə saatdan sonra Bakıya gəlir

Jirinovski bir neçə saatdan sonra Bakıya gəlir

Bölmə: BLOK XƏBƏR
Jirinovski bir neçə saatdan sonra Bakıya gəlir
Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski bir neçə saatdan sonra Azərbaycana gələcək.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə virtualaz.org saytına Azərbaycanın Rusiyadakı səfirliyindəki mənbələr xəbər veriblər.

Amma öz qalmaqallı çıxışları ilə tanınan rusiyalı siyasətçinin Bakı səfərinin proqramı indiyədək də bəlli deyil.

Qeyd edək ki, Jirinovskinin Bakı səfəri ətrafında neçə vaxt idi müxtəlif fikirlər dolaşırdı. Bəzi KİV-lər gah öz diplomatik mənbələrinə, gah da LDPR liderinin yaxın ətrafına istinadən belə xəbərlər yaymışdılar ki, Jirinovski Bakı səfərini təxirə salıb, ümumiyyətlə Azərbaycana gəlməyə hazırlaşmır.

Amma Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rusiyalı siyasətçinin gözlənilən Bakı səfəri ətrafındakı şübhə haləsini dağıtmışdı. Səfir virtualaz.org saytına açıqlamasında demişdi ki, Jirinovski Azərbaycana Milli Məclisin xətti ilə dəvət olunub və o, Bakıya mütləq gələcək.ans press

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler