Maşınını separatçılara bağışladı – VideoBölmə: Xəbər
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski qəribə təkliflə çıxış edib. “Axar.az” xəbər verir ki, Jirinovski bu gün jurnalistləri başına yığıb və qarajındakı Rusiya istehsalı olan "Tiqr" tipli hərbi maşınını nümayiş etdirib. Qeyd edək ki, hərbi maşının texniki üstünlüyündən ətraflı məlumat verən Jirinovski sözgedən texnikanı Ukraynadakı "sülhsevər" qüvvələrə hədiyyə etdiyini dilə gətirib. Onun sözlərinə görə, bu arsenal indi - hadisələrin bu çağında Ukrayna yollarında hərəkət etməyə lazımdır. Ənənəsinə sadiq qalan qalmaqallı siyasətçi bu dəfə də rəsmi Kiyevi və Qərbi top atəşinə tutub. Jirinovski həm də əynindəki hərbi forma ilə diqqət çəkib. Dumanın vitse-spikeri müharibəyə hazırlaşdığını gizlətməyib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|