» » İsmayıl Ömərovun qızı və kürəkəni də İTV-dən çıxarıldı

İsmayıl Ömərovun qızı və kürəkəni də İTV-dən çıxarıldı

Bölmə: BLOK XƏBƏR, MANŞET
İsmayıl Ömərovun qızı və kürəkəni də İTV-dən çıxarıldı
İctimai Televiziyanın sabiq baş direktoru İsmayıl Ömərovun qızı və kürəkəni işdən çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, televiziyanın London bürosunda baş prodüsser vəzifəsində çalışan qızı Səmədova Könül və kürəkəni Səmədov Ruzi ilə əməkdaşlığa xitam verilib.

“Qafqazinfo” bu xəbəri dəqiqləşdirmək üçün İTV ilə əlaqə saxlayıb. Kanaldan bildirilib ki, onlar çoxdan öz ərizələri ilə istefa veriblər.

Bu arada “Qafqazinfo”ya daxil olan digər məlumata görə, ümumiyyətlə İTV-nin yeni rəhbərliyi xarici ölkələrdəki bürolara “əl gəzdirməklə” məşğuldur. Belə ki, televiziyanın digər ölkələrdəki bürolarının da bağlanması istimqamətində proses gedir.

Xatırladaq ki, Cəmil Quliyev İTV-ə baş dirtektor təyin olunduqdan sonra televiziyada keçmiş baş direktor İsmayıl Ömərova yaxınlığı ilə tanınan böyük bir qrup əməkdaş işdən azad edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler