» » Misir Mərdanov ittihamlara cavab verdi

Misir Mərdanov ittihamlara cavab verdi

Bölmə: BLOK XƏBƏR
Misir Mərdanov ittihamlara cavab verdi
Sabiq təhsil naziri Misir Mərdanov fəaliyyəti dövründə 2 minə yaxın müəllimin saxta diplomlarla işə düzəldilməsi haqda hazırki təhsil naziri Mikayıl Cabbarovun iradlarına cavab verib.

AzVision.az-a eksklüziv açıqlamasında Misir Mərdanov iradların əsassız olduğunu bildirib.

“Mən o işlərin heç birinə qarışmıram. Mənim adımdan heç nə deməsinlər. Bu barədə danışmaq istəmirəm”-deyə qeyd edən sabiq nazir hazırda istirahətdə olduğunu bildirib:

“Məzuniyyətə çıxmışam, hazırda istirahətdəyəm”.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov rusiyalı blogger Vyaçeslav Sapunova verdiyi müsahibədə Azərbaycanda hazırda 2 mindən çox adamın saxta diplomla müəllim işlədiyini deyib.

“Hazırda istintaq gedir və ola bilsin ki, hüquq-mühafizə orqanları dəqiq rəqəm müəyyən edə biləcəklər. Lakin biz artıq dəqiq bilirik ki, belə adamlardan 2 mindən çoxu saxta diplomla orta təhsil sistemində işə düzəliblər, onlar əsasən respublikanın rayonlarında işləyirlər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler